BAKI,TurkicWorld
Qətərin əmək naziri Əli bin Samix əl-Mərri ölkədə diplomatik fəaliyyət müddətinin başa çatması münasibətilə Türkiyənin Qətərdəki səfiri Mehmet Mustafa Göksunu qəbul edib.
TurkicWorld xəbər verir ki, görüş zamanı Əli bin Samix əl-Mərri Qətərlə Türkiyə arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin gücləndirilməsində səfirin fəaliyyətini yüksək qiymətləndirib.
Nazir Mehmet Mustafa Göksunun diplomatik fəaliyyəti dövründə iki ölkə arasında münasibətlərin inkişafına verdiyi töhfəni qeyd edib. Əli bin Samix əl-Mərri diplomatik fəaliyyətini başa vuran səfirə gələcək işlərində uğurlar arzulayıb.







