BAKI,TurkicWorld
Ermənistan Rusiyanın bir sıra erməni mallarının idxalına tətbiq etdiyi məhdudiyyətlərlə bağlı Avrasiya İqtisadi İttifaqına (Aİİ) şikayət edib.
Ermənistan KİV-nin məlumatına görə, bu barədə Ermənistanın iqtisadiyyat nazirinin müavini Tiqran Qasparyan bildirib.
Onun sözlərinə görə, İrəvan hesab edir ki, məhdudiyyətlər Aİİ-nin prinsiplərinə və sazişlərinə uyğun deyil.
Qasparyan həmçinin ticarət maneələrinin aradan qaldırılması üçün ittifaqın nəzərdə tutduğu mexanizmlərin işə salınacağına ümid etdiyini bildirib.







