Son dəqiqə

Fələstin İsrail ABŞ Donald Tramp Qəzza Benyamin Netanyahu

ABŞ-nin Qəzza siyasəti ilə bağlı yeni ittihamlar səsləndirilib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Jurnalist və yazıçı Antoni Lövenşteyn ABŞ tərəfindən hazırlanan Qəzza sülh planının İsrailin Baş naziri Benyamin Netanyahu tərəfindən rədd edilməsini şərh edərək Vaşinqtonun bu qərara təsir etmək üçün böyük imkanlara malik olduğunu bildirib.

TurkicWorld xəbər verir ki, Antoni Lövenşteyn ABŞ-nin istəsə, İsrail hökumətinə təzyiq göstərmək üçün bir sıra vasitələrdən istifadə edə biləcəyini deyib.

Onun sözlərinə görə, Vaşinqton İsrailə yardımları dayandıra, hərbi dəstəyi azalda və Birləşmiş Millətlər Təşkilatında səsvermələrdə mövqeyini dəyişə bilər.

Lövenşteyn bildirib ki, ABŞ-nin bu cür addımlar atmaq üçün böyük siyasi və iqtisadi imkanları var, lakin Vaşinqtonun hazırda bu vasitələrdən istifadə etmək niyyətində olmadığını iddia edib.

Jurnalistin fikrincə, bunun əsas səbəbi ABŞ rəhbərliyində olan bəzi şəxslərin fələstinlilərə münasibəti ilə bağlıdır.

O, ABŞ Prezidenti Donald Tramp, onun kürəkəni Cared Kuşner və Stiven Millerin fələstinliləri yəhudi israillilərlə bərabər görmədiyini iddia edib.

Lövenşteyn bildirib ki, onun fikrincə, Qəzza sülh planı ilə bağlı əsas problem də məhz bu yanaşmadan qaynaqlanır.

Mövzuya görə xəbərlər