Son dəqiqə

Türkiyə Qətər BƏƏ Qəzza

BƏƏ, Qətər, Türkiyə və daha 5 ölkədən Qəzza ilə bağlı birgə bəyanat

BAKI, TurkicWorld

Birləşmiş Ərəb Əmirlikləri, Qətər, İordaniya, İndoneziya, Pakistan, Türkiyə, Səudiyyə Ərəbistanı və Misirin xarici işlər nazirləri Qəzza zolağında İsrailin davam edən əməliyyatları ilə bağlı birgə bəyanat yayıblar.

TurkicWorld xəbər verir ki, BƏƏ Xarici İşlər Nazirliyinin məlumatına görə, nazirlər Qəzza zolağında davam edən hadisələrlə bağlı ortaq mövqelərini ifadə edərək vəziyyətin daha da gərginləşməsindən narahat olduqlarını bildiriblər.

Bəyanatda beynəlxalq humanitar hüquqa riayət olunmasının vacibliyi vurğulanıb və mülki əhalinin qorunmasına çağırış edilib.

Sənəddə tərəflər Qəzzada humanitar vəziyyətin yaxşılaşdırılması, yardımın maneəsiz çatdırılması və bölgədə gərginliyin azaldılması istiqamətində beynəlxalq səylərin gücləndirilməsinin zəruriliyini qeyd ediblər.

Nazirlər davamlı sülhə nail olunmasının diplomatik səylərdən keçdiyini vurğulayıblar.

Mövzuya görə xəbərlər