BAKI,TurkicWorld,Yusif Şərifzadə
Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al Tani İordaniyanın paytaxtı Əmmanda Kral II Abdullahın iştirakı ilə keçirilən toplantıda iştirak edib.
TurkicWorld xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyi X sosial şəbəkəsində məlumat yayıb.
Bildirilib ki, görüşdə işğal altındakı Şərqi Qüdsdə İsrailin siyasəti və tədbirlərinə qarşı beynəlxalq fəaliyyətin əlaqələndirilməsi məqsədilə yaradılmış Ərəb Nazirlər Komitəsinin üzvləri iştirak ediblər.
Toplantıda Fələstindəki son vəziyyət, xüsusilə də işğal altındakı Şərqi Qüdsdə İsrailin hərəkətləri və şəhərin islam və xristian kimliyinin qorunması məsələləri müzakirə olunub.
Tərəflər həmçinin Qüds məsələsində ərəb ölkələri arasında koordinasiyanın gücləndirilməsi və işğal altındakı Fələstin ərazilərində davam edən hadisələrə birgə yanaşmalar barədə fikir mübadiləsi aparıblar.






