BAKI,TurkicWorld,Yusif Şərifzadə
Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Qüvvələri (UNIFIL) Livan Ordusunun yaradılmasının 81-ci ildönümü münasibətilə yaydığı bəyanatda ölkənin cənubunda dövlət hakimiyyətinin möhkəmləndirilməsinə dəstəyini bir daha ifadə edib.
TurkicWorld xəbər verir ki, UNIFIL X sosial şəbəkəsində yaydığı açıqlamada Livan Silahlı Qüvvələri ilə uzun illərə söykənən əməkdaşlığın ölkənin cənubunda davamlı təhlükəsizlik və sabitliyin təmin olunmasına xidmət etdiyini bildirib.
Missiya qeyd edib ki, Livan ordusu ilə tərəfdaşlıq ümumi təhlükəsizlik məqsədlərinə nail olunmasına mühüm töhfə verir.
UNIFIL həmçinin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin və Üçtərəfli Çərçivə Sazişinin icrasına dəstəyini davam etdirəcəyini vurğulayıb.
Bəyanatda bildirilib ki, missiya bu sənədlərin həyata keçirilməsi istiqamətində tərəflərlə əməkdaşlığını davam etdirmək əzmindədir.
UNIFIL-in sözlərinə görə, məqsəd Livanın cənubunda dövlət hakimiyyətinin gücləndirilməsi, təhlükəsizlik və sabitliyin qorunmasıdır.






