Son dəqiqə

Hindistan İnstagram etiraz aksiyaları Narendra Modi Dharmendra Pradhan Cockroach Janta Party Ştat seçkiləri

Hindistanda "Nəsil Z" hərəkatı Modi hökumətini geri addım atmağa məcbur edib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Hindistanda sosial şəbəkələrdə sürətlə populyarlıq qazanan "Cockroach Janta Party" (CJP) adlı gənclər hərəkatı imtahan suallarının sızdırılmasına etiraz aksiyaları ilə hökumətə təzyiq göstərərək təhsil nazirinin istefasına nail olub. Hadisə Baş nazir Narendra Modi üçün mühüm siyasi sınaq kimi qiymətləndirilir.

TurkicWorld xəbər verir ki, etirazlar təxminən beş həftə əvvəl imtahan suallarının sızdırılması qalmaqalından sonra başlayıb. CJP hərəkatının liderləri təhsil naziri Dharmendra Pradhanın istefasını tələb edərək genişmiqyaslı aksiyalar təşkil ediblər.

Narendra Modi cümə axşamı gecə "Instagram" hesabında nadir hallarda paylaşdığı video ilə etirazçılara müraciət edib. O, gənclərin narahatlığını bölüşdüyünü bildirib və vəziyyətin aradan qaldırılması üçün tədbirlər görüləcəyini vəd edib.

Lakin bu müraciət etirazçıları qane etməyib. Daha əvvəl polis müdaxiləsinə baxmayaraq Dehlidə davam edən aksiyalar ölkənin müxtəlif bölgələrinə yayılıb.

Şənbə günü təhsil naziri Dharmendra Pradhan istefa verib və bununla da etirazçıların əsas tələbi yerinə yetirilib. Bu hadisə Narendra Modinin 2014-cü ildə hakimiyyətə gəlməsindən bəri hökumətin üzləşdiyi nadir siyasi geri addımlardan biri kimi dəyərləndirilir.

Londonun Şərq və Afrika Araşdırmaları Məktəbinin antropologiya professoru Sancay Srivastavanın sözlərinə görə, aksiyalarda iştirak edənlərin əhəmiyyətli hissəsi əvvəllər Modi tərəfdarları olmuş şəxslər ola bilər. O hesab edir ki, hökumətin siyasətini sorğulayan insanların dairəsi əvvəlki dövrlərlə müqayisədə xeyli genişlənib.

Mövzuya görə xəbərlər