Son dəqiqə

Fransa Səudiyyə Ərəbistanı Yəmən Husilər Qırmızı dəniz Neft tankerləri Dəniz embarqosu

Fransa husilərin Səudiyyə neft tankerlərinə hücumlarını kəskin pisləyib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Fransa Xarici İşlər Nazirliyi Yəməndə fəaliyyət göstərən husilərin Qırmızı dənizdə Səudiyyə Ərəbistanına məxsus neft tankerlərinə hücumlarını "məsuliyyətsiz addım" və bölgədə gərginliyi artıran təhlükəli eskalasiya kimi qiymətləndirib.

TurkicWorld xəbər verir ki, Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsi husiləri Səudiyyə Ərəbistanına məxsus tankerlərə qarşı hücumları dərhal dayandırmağa çağırıb.

Husilər isə cümə axşamı iki Səudiyyə neft tankerinə hücum etdiklərini açıqlayıblar.

Qrup bundan əvvəl bazar ertəsi Səudiyyə Ərəbistanına qarşı dəniz embarqosu elan etdiyini bildirmişdi. Husilər bu qərarın Riyadın Yəmənə qarşı tətbiq etdiyini iddia etdikləri "ədalətsiz və ağır mühasirəyə" cavab olaraq qəbul edildiyini bəyan ediblər.

Məlumata görə, ötən həftə Səudiyyə Ərəbistanı Yəmənin paytaxtı Sənadakı hava limanına zərbələr endirib.

Riyad uzun illərdir Yəmənin beynəlxalq səviyyədə tanınmış hökumətini dəstəkləyir. Həmin hökumət husilərlə silahlı münaqişə şəraitindədir.

Mövzuya görə xəbərlər