Son dəqiqə

İran Küveyt Səudiyyə Ərəbistanı Bəhreyn İordaniya Körfəz ölkələri Yaxın Şərq Regional Təhlükəsizlik

Səudiyyə Ərəbistanı İranın Körfəz ölkələri və İordaniyaya hücumlarını pisləyib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Səudiyyə Ərəbistanı İranın Küveyt, Bəhreyn və İordaniyaya qarşı həyata keçirdiyi bildirilən hücumları kəskin şəkildə pisləyib.

TurkicWorld xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi sosial şəbəkə hesabında bəyanat yayıb.

Bəyanatda Krallığın İranın Küveyt Dövlətinə, Bəhreyn Krallığına və İordaniya Haşimilər Krallığına qarşı davam edən əsassız hücumlarını ən sərt şəkildə qınadığı bildirilib.

Səudiyyə Ərəbistanı həmçinin adı çəkilən ölkələrlə tam həmrəy olduğunu və onların təhlükəsizliklərinin qorunması istiqamətində atdıqları tədbirləri dəstəklədiyini bəyan edib.

Nazirlik hücumları "xəyanətkar təcavüz" kimi qiymətləndirib.

Bəyanatda regional təhlükəsizliyin və sabitliyin qorunmasının vacibliyi vurğulanıb.

İran tərəfi Səudiyyə Ərəbistanının bu bəyanatı ilə bağlı hələlik rəsmi münasibət bildirməyib.

Məlumat müstəqil mənbələr tərəfindən tam təsdiqlənməyib.

Mövzuya görə xəbərlər