Son dəqiqə

İran Oman Abbas Əraqçi Məsqət Hörmüz boğazı Gəmiçilik Bədr əl-Busaidi

İran və Oman Hörmüz boğazında təhlükəsiz gəmiçiliyi müzakirə edib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İranın xarici işlər naziri Abbas Əraqçi Omanın paytaxtı Məsqətdə bu ölkənin xarici işlər naziri Bədr əl-Busaidi ilə görüş keçirib. Tərəflər ikitərəfli münasibətlər, regional vəziyyət və Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi məsələlərini müzakirə ediblər.

TurkicWorld xəbər verir ki, Abbas Əraqçinın rəsmi məlumatında bildirilir ki, görüş zamanı tərəflər xüsusilə Hörmüz boğazında gəmilərin təhlükəsiz hərəkətinin təmin olunması üçün mümkün mexanizmlər ətrafında fikir mübadiləsi aparıblar. Müzakirələrin ABŞ ilə İran arasında əldə olunmuş anlaşma memorandumunun müddəalarına uyğun şəkildə aparıldığı qeyd olunub.

Nazirlər həmçinin İran ilə Oman arasında ikitərəfli əlaqələrin inkişafı və Yaxın Şərqdə mövcud vəziyyət barədə də fikir mübadiləsi aparıblar. Görüşdə bölgədə sabitliyin qorunması və diplomatik səylərin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Mövzuya görə xəbərlər