Son dəqiqə

İsrail ABŞ Livan Yaxın Şərq Cozef Aun Regional Təhlükəsizlik Livan siyasəti

Livan Prezidenti İsraillə danışıqlar qərarından geri çəkilməyəcəyini bildirib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Livan Prezidenti Cozef Aun hökumətin İsraillə danışıqlar aparmaq qərarını tənqid edənlərə cavab verərək, bu siyasətdən geri çəkilməyəcəyini bildirib.

TurkicWorld xəbər verir ki, Prezident Cozef Aun xristian siyasi blokunun rəhbəri Samir Cacanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə Livanın İsraillə danışıqlar yolunu davam etdirəcəyini açıqlayıb.

Aun bildirib ki, qəbul etdiyi danışıqlar qərarından geri addım atmayacaq və bütün mövqelərində Livan xalqına bu prosesin əhəmiyyətini izah etməyə davam edəcək.

Livan lideri vurğulayıb ki, ölkənin bütün addımları milli suverenliyin qorunması prinsiplərinə əsaslanmalıdır.

İsraillə ABŞ-ın iştirakı ilə ötən ay əldə olunan çərçivə razılaşması Livanda mübahisələrə səbəb olub.

Razılaşmanı tənqid edənlər hesab edirlər ki, bu sənəd İsrail öhdəliklərini yerinə yetirmədiyi halda Livanın cavab tədbirləri görmək imkanlarını məhdudlaşdıra bilər.

Mövzuya görə xəbərlər