Son dəqiqə

NATO Kanada Ankara Avropa NATO sammiti müdafiə xərcləri ümumi daxili məhsul

NATO-nun Avropa üzvləri və Kanada müdafiəyə ÜDM-in 2,53 faizini xərcləyəcək

BAKI,TurkicWorld,Yusif Şərifzadə

NATO-nun Avropa üzvü olan ölkələri və Kanada 2025-ci ildə əsas müdafiə xərclərinə ümumi daxili məhsulun orta hesabla 2,53 faizini yönəltməyi planlaşdırır.

TurkicWorld xəbər verir ki, NATO-nun yüksək vəzifəli rəsmisi bildirib ki, Avropa ölkələri və Kanada 2025-ci ildə əsas müdafiə xərclərinə ümumi daxili məhsulun orta hesabla 2,31 faizini ayırıb. Bu göstəricinin ilin sonuna qədər 2,53 faizə yüksələcəyi proqnozlaşdırılır.

Məlumata görə, Ankarada NATO Zirvə Toplantısından əvvəl keçirilən Müdafiə Sənayesi Forumunda ən azı 50 milyard ABŞ dolları dəyərində yeni satınalma razılaşmaları əldə olunub. NATO rəsmisi bildirib ki, bağlanmış bütün müqavilələrin ümumi dəyərinin dəqiq hesablanması prosesi hələ də davam edir.

NATO ölkələri son illərdə müdafiə xərclərinin artırılması və müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyətlərini gücləndirirlər.

Mövzuya görə xəbərlər