Son dəqiqə

NATO ABŞ Rusiya Ukrayna Moskva Kiyev Donald Tramp

Həm Ukrayna, həm də Rusiya razılıq əldə etmək istəyir - Tramp

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında müharibənin yaxın vaxtlarda başa çata biləcəyinə ümid etdiyini bildirərək, hər iki tərəfin razılıq əldə etmək istədiyini deyib.

TurkicWorld xəbər verir ki, Tramp NATO Zirvə Toplantısı çərçivəsində jurnalistlərin Ukraynadakı müharibə ilə bağlı sualını cavablandırarkən münaqişənin tezliklə həll olunacağına ümid etdiyini bildirib. Onun sözlərinə görə, həm Ukrayna, həm də Rusiya müharibəni başa çatdıracaq razılaşmanın əldə olunmasında maraqlıdır.

ABŞ Prezidenti münaqişənin diplomatik yollarla həllinin vacibliyini vurğulayıb. O, tərəflərin razılığa gəlmək niyyətində olduğunu qeyd etsə də, bunun necə həyata keçiriləcəyinə dair əlavə məlumat verməyib.

NATO Zirvə Toplantısında Ukraynaya hərbi dəstək və Avropanın təhlükəsizliyi ilə bağlı məsələlərin əsas müzakirə mövzularından biri olduğu bildirilir.

Mövzuya görə xəbərlər