Son dəqiqə

NATO Kanada Mark Karni Anita Anand Müdafiə qlobal müdafiə bankı

Kanada qlobal müdafiə bankı təşəbbüsünə daha çox ölkənin qoşulmasını istəyir

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Kanadanın xarici işlər naziri Anita Anand bildirib ki, ölkəsi qlobal müdafiə bankının yaradılması təşəbbüsünə daha çox dövlətin qoşulmasını istəyir və yalnız bundan sonra təsisçi ölkələrin siyahısını açıqlamağı planlaşdırır.

TurkicWorld xəbər verir ki, Anita Anand NATO Zirvə Toplantısı çərçivəsində jurnalistlərə açıqlamasında layihənin daha geniş beynəlxalq dəstək qazanmasının vacib olduğunu bildirib. Onun sözlərinə görə, Kanada təşəbbüs barədə rəsmi açıqlama verməzdən əvvəl mümkün qədər çox ölkənin bu layihəyə qoşulmasına çalışır.

Nazir qeyd edib ki, qlobal müdafiə bankının yaradılması ilə bağlı müzakirələr davam edir və təşəbbüs artıq kifayət qədər dəstək qazanıb. O, bu mövqenin daha əvvəl Kanadanın Baş naziri Mark Karni tərəfindən səsləndirilən fikirlərlə üst-üstə düşdüyünü vurğulayıb.

Kanada hökuməti hesab edir ki, belə bir maliyyə mexanizmi müdafiə sahəsində beynəlxalq əməkdaşlığın genişlənməsinə və təhlükəsizlik layihələrinin maliyyələşdirilməsinin gücləndirilməsinə töhfə verə bilər.

Mövzuya görə xəbərlər