Son dəqiqə

Avropa İttifaqı Misir Misir XİN yardım Bədir Abdulati

Misir yaxın günlərdə Avropa İttifaqından 1,5 milyard avro maliyyə dəstəyi alacaq

BAKI,TurkicWorld Orxan Qədirzadə

Misir yaxın günlərdə Avropa İttifaqının 5 milyard avroluq makromaliyyə yardım paketi çərçivəsində növbəti 1,5 milyard avroluq vəsaiti əldə etməyi gözləyir.

Bu barədə Misirin xarici işlər naziri Bədr Əbdülati Avropa İttifaqının Aralıq dənizi üzrə komissarı Dubravka Şuitsa ilə ölkənin yeni inzibati paytaxtında keçirdiyi birgə mətbuat konfransında məlumat verib.

Nazirin sözlərinə görə, yardım paketindən hələ ödənilməmiş 3 milyard avro iki bərabər hissəyə bölünərək hər biri 1,5 milyard avro olmaqla Misirə köçürüləcək.

O bildirib ki, Qahirə ikinci və son 1,5 milyard avroluq tranşın da payız mövsümünün başlanğıcınadək ölkəyə köçürüləcəyinə ümid edir.

Avropa İttifaqı indiyədək bu proqram çərçivəsində Misirə ümumilikdə 2 milyard avro maliyyə dəstəyi ayırıb. İlk 1 milyard avroluq tranş 2025-ci ilin yanvar ayında, ikinci 1 milyard avro isə cari ilin əvvəlində ölkəyə köçürülüb.

Beş milyard avroluq makromaliyyə yardım proqramı 2024-cü ildə Avropa İttifaqının elan etdiyi ümumilikdə 7,4 milyard avroluq maliyyə paketinin tərkib hissəsidir.

Həmin paketə həmçinin 5 milyard avro həcmində güzəştli kreditlərin ayrılması da daxildir.

Mövzuya görə xəbərlər