BAKI,TurkicWorld,Yusif Şərifzadə
Misir Avropa İttifaqı tərəfindən ayrılan maliyyə yardım paketinin növbəti hissəsini yaxın günlərdə əldə edəcəyini gözləyir.
TurkicWorld xəbər verir ki, Misirin xarici işlər naziri Bədr Əbdül Ati Qahirədə Avropa İttifaqının Aralıq dənizi üzrə komissarı Dubravka Şuica ilə birgə keçirdiyi mətbuat konfransında məlumat verib.
Nazir bildirib ki, Avropa İttifaqı tərəfindən nəzərdə tutulan 5 milyard avroluq makromaliyyə yardım paketinin 1,5 milyard avroluq növbəti tranşı yaxın günlərdə Misirə köçürüləcək.
Onun sözlərinə görə, qalan 3 milyard avro da iki bərabər hissə ilə ödəniləcək və növbəti ödənişlərin payızın əvvəlində tamamlanması gözlənilir.
Məlumata əsasən, Avropa İttifaqı artıq bu paket çərçivəsində Misirə 2 milyard avro vəsait ayırıb.
Bundan əvvəl 2025-ci ilin yanvarında 1 milyard avro, daha sonra isə cari il ərzində əlavə 1 milyard avro ödəniş həyata keçirilib.
Bu maliyyə dəstəyi Avropa İttifaqının 2024-cü ildə elan etdiyi ümumi 7,4 milyard avroluq geniş yardım paketinin bir hissəsidir.







