Son dəqiqə

Fələstin Səhiyyə Nazirliyi Qəzza atəşkəs mülki əhali Yaralı

Qəzzada son 24 saata 4 ölüm qeydə alındı

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Son 24 saat ərzində müharibədən zərər görmüş Qəzza zolağında dörd nəfər ölüb, səkkiz nəfər isə yaralanıb.

TurkicWorld xəbər verir ki, Səhiyyə Nazirliyinin məlumatına görə, ölənlər arasında xəstəxanalara gətirilmiş cəsədlər də var.

Nazirlik bildirir ki, 2025-ci il oktyabr ayında qüvvəyə minmiş “atəşkəs”dən bəri Qəzza zolağında 1 045 Fələstinli ölüb, 3 380 nəfər yaralanıb və 786 cəsəd dağıdılmış binaların molozları arasından çıxarılıb.

Mövzuya görə xəbərlər