BAKI,TurkicWorld,Yusif Şərifzadə
BMT-nin Beynəlxalq Dəniz Təşkilatı Hörmüz boğazında qalan 11 mindən çox dənizçinin təxliyəsi ilə bağlı planları müvəqqəti dayandırıb.
TurkicWorld xəbər verir ki, qərar yük gəmisinə mərmi düşməsindən sonra qəbul edilib.
Beynəlxalq Dəniz Təşkilatının baş katibi Arsenio Dominqes bildirib ki, bir neçə ekipaj artıq təxliyə olunub. Lakin təşkilat əməliyyatın davam etdirilməsi üçün zəruri təhlükəsizlik təminatlarının olmadığını əsas gətirərək prosesi dayandırmaq qərarına gəlib.
Onun sözlərinə görə, təxliyənin bərpası üçün ilk növbədə dənizçilərin, gəmilərin və xilasetmə qruplarının təhlükəsizliyi təmin edilməlidir.







