Son dəqiqə

İran Tehran İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı Regional Təhlükəsizlik dəniz nəqliyyatı Gəmiçilik enerji daşımaları

İranın xəbərdarlığından sonra üç neft tankeri geri döndü

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İran İnqilab Keşikçiləri Korpusu bəyan edib ki, Hörmüz boğazından keçid yalnız İran tərəfindən müəyyən edilmiş marşrutlar vasitəsilə mümkündür.

TurkicWorld xəbər verir ki, bu barədə İran Dövlət Televiziyası məlumat yayıb.

Məlumata görə, İran İnqilab Keşikçiləri Korpusunun mövqeyində Hörmüz boğazında hərəkətin yalnız Tehranın elan etdiyi marşrutlar əsasında həyata keçirilməsinin mümkün olduğu bildirilib.

İran Dövlət Televiziyasının əməkdaşının sözlərinə görə, bu bölgədə qüvvədə olan yeganə hüquqi çərçivə İran İslam Respublikasının qanunları və İran İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin tətbiq etdiyi qaydalardır.

Son günlər İran rəsmiləri Hörmüz boğazından keçidlə bağlı bir neçə dəfə xəbərdarlıq edərək, İranın razılığı və koordinasiyası olmadan alternativ marşrutlardan istifadənin təhlükəsizliyinə təminat verilməyəcəyini bəyan ediblər.

Mövzuya görə xəbərlər