BAKI,TurkicWorld,Yusif Şərifzadə
İran dövlət televiziyası bildirib ki, Hörmüz boğazından icazəsiz keçməyə cəhd göstərən azı üç xarici neft tankeri İran İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin xəbərdarlığından sonra geri qayıdıb.
TurkicWorld xəbər verir ki, məlumata əsasən, tankerlər İranın icazəsi olmadan boğazdan keçməyə cəhd göstəriblər. Xəbərdarlıqdan sonra onlar marşrutlarını dəyişərək geri dönüblər.
Məlumatda qeyd olunub ki, bir gün əvvəl Sinqapur bayrağı altında üzən bir yük gəmisinə naməlum mərmi düşmüşdü. Bundan sonra BMT-nin Hörmüz boğazında 11 min dənizçinin xilas edilməsinə yönəlmiş missiyası dayandırılıb.
İran həmin hücumla bağlı məsuliyyəti üzərinə götürməyib. Bununla yanaşı, Tehran son günlər Hörmüz boğazından İranın icazəsi olmadan keçidə qarşı dəfələrlə xəbərdarlıq edib.







