BAKI,TurkicWorld,Yusif Şərifzadə
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Folker Türk Venesuelada baş vermiş dağıdıcı zəlzələlərlə əlaqədar bu ölkənin xalqına başsağlığı və dəstək mesajı ünvanlayıb.
TurkicWorld xəbər verir ki, Folker Türk sosial şəbəkə hesabında paylaşdığı açıqlamada zəlzələ nəticəsində həyatını itirənlərin ailələrinə və yaralananlara dərin hüznlə başsağlığı verib.
O bildirib ki, güclü zəlzələlərin yaratdığı genişmiqyaslı dağıntılar fonunda Venesuela xalqı ilə həmrəy olduqlarını bildirirlər.
BMT rəsmisi həmçinin ümid etdiyini vurğulayıb ki, Venesuela xalqı bu ağır faciənin öhdəsindən gəlmək üçün öz dözümlülüyünü və iradəsini nümayiş etdirəcək.







