Son dəqiqə

BMT Oman Dəniz təhlükəsizliyi Hörmüz boğazı Gəmiçilik

Gəmilər Hörmüz boğazından yeni evakuasiya sxemi ilə keçməyə başlayıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

BMT-nin Beynəlxalq Dəniz Təşkilatı (IMO) Hörmüz boğazından gəmilərin keçidi üçün yeni evakuasiya sxeminin işə salındığını açıqlayıb.

TurkicWorld xəbər verir ki, təşkilatın sözçüsü Reuters agentliyinə bildirib ki, artıq gəmilər bu mexanizm vasitəsilə Hörmüzdən keçməyə başlayıb.

Sözçü keçid edən gəmilərin dəqiq sayını açıqlamayıb.

Lakin Reuters gəmi izləmə məlumatlarına istinadla bildirib ki, son 12 saat ərzində ən azı iki quru yük gəmisi və bir yük gəmisi boğazdan keçib.

Bundan əvvəl Oman tərəfi IMO ilə birlikdə Hörmüzdən keçən gəmilər üçün müvəqqəti tranzit dəhlizinin yaradılması üzərində işlədiyini bildirmişdi.

Mövzuya görə xəbərlər