BAKI,TurkicWorld,Yusif Şərifzadə
Livanın Səhiyyə Nazirliyi İsrail hücumları nəticəsində ölən və yaralananlarla bağlı yeni rəqəmləri yayıb.
TurkicWorld xəbər verir ki, nazirliyin məlumatına əsasən, 2 martdan bəri İsrail hücumlarında ümumilikdə 4 min 175 nəfər həyatını itirib.
Səhiyyə Təcili Operativ Mərkəzinin açıqlamasında bildirilib ki, həmin dövrdə 12 min 164 nəfər yaralanıb.
Rəsmi Beyrut hücumların əsasən ölkənin cənub bölgələrində və bəzi şərq ərazilərində qeydə alındığını qeyd edir.







