Son dəqiqə

İran Pakistan İsveçrə İshaq Dar ABŞ–İran danışıqları Bürqenştok Amerika Birləşmiş Ştatları

Pakistan ABŞ-İran danışıqlarında əldə olunan irəliləyişi alqışlayıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Pakistan Baş nazirinin müavini və xarici işlər naziri İshaq Dar İsveçrədə ABŞ və İran arasında aparılan texniki danışıqlarda “əhəmiyyətli irəliləyiş” əldə olunduğunu bildirib.

TurkicWorld xəbər verir ki, İshaq Dar bu barədə rəsmi açıqlama yayıb.

O qeyd edib ki, Pakistan tərəfi ABŞ və İranın İslamabad Anlaşma Memorandumunun icrası istiqamətində göstərdiyi konstruktiv yanaşmanı alqışlayır.

Məlumata görə, Pakistan Xarici İşlər Nazirliyinin nümayəndə heyəti danışıqların keçirildiyi Bürqenştok şəhərində qalmağa davam edəcək.

Nümayəndə heyətinin həftənin sonunadək texniki səviyyəli müzakirələrdə iştirak edəcəyi bildirilib.

Rəsmilər danışıqların növbəti mərhələsində daha konkret nəticələrin əldə olunacağına ümid etdiklərini vurğulayıblar.

Mövzuya görə xəbərlər