Son dəqiqə

BMT İsrail Xəstəliklər Qəzza Humanitar böhran atəşkəs Məcburi köçkünlər Qəzza şəhəri

Qəzzada vəziyyət pisləşir: hərbi əməliyyatlar, köç və xəstəliklər artır

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Qəzzada humanitar vəziyyət İsrail qüvvələrinin irəliləməsi və yoluxucu xəstəliklərin yayılması fonunda daha da ağırlaşıb.

TurkicWorld xəbər verir ki, BMT-nin son hesabatında bölgədəki vəziyyətlə bağlı yeni məlumatlar yer alıb.

Hesabata əsasən, 2025-ci ilin oktyabrında elan olunan atəşkəsdən sonra 1005 nəfərin öldüyü, 3157 nəfərin isə yaralandığı bildirilir.

Məlumata görə, İsrail hərbi qüvvələri Qəzza şəhərinin sıx məskunlaşmış ərazilərinə doğru irəliləyərək onlarla ailənin evlərini tərk etməsinə səbəb olub.

Eyni zamanda yanacaq çatışmazlığı humanitar yardımın çatdırılmasını ciddi şəkildə çətinləşdirir. Yardım təşkilatları resursları yalnız həyati vacib xidmətlər üçün istifadə etməyə məcbur qalıblar.

Bundan başqa, istilərin artması, sığınacaqlarda sıxlıq və içməli su çatışmazlığı səbəbindən xəstəliklərin yayılması müşahidə olunur.

Bölgədə siçovul və zərərverici həşəratların çoxalması da ciddi sağlamlıq riski yaradır.

Mövzuya görə xəbərlər