Son dəqiqə

İsrail İran Livan Yaxın Şərq Hizbullah Humanitar böhran Regional Təhlükəsizlik Nəcat Aun Saliba

Livanlı deputat: Xalq müharibədən və dağıntılardan yorulub

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Livan parlamentinin üzvü Nəcat Aun Saliba bildirib ki, ölkə əhalisi uzun müddətdir davam edən qarşıdurmalar, insan itkiləri və dağıntılar səbəbindən ciddi yorğunluq yaşayır.

TurkicWorld xəbər verir ki, Nəcat Aun Saliba bu barədə "Əl-Cəzirə" telekanalına açıqlamasında danışıb.

Onun sözlərinə görə, Livan xalqı torpaqlarının, ailələrinin və dolanışıq mənbələrinin məhv edilməsindən bezib.

Deputat qeyd edib ki, baş verən hadisələr təkcə vətəndaşlara deyil, dövlətə də böyük maliyyə və sosial yük yaradır.

Nəcat Aun Saliba bildirib ki, həm İsrail, həm də Hizbullah Livan ərazisindən İranla bağlı qarşıdurmalarda üstünlük qazanmaq məqsədilə istifadə ediblər.

Onun fikrincə, tərəflər arasında davam edən qarşılıqlı hücumlar və düşmənçilik real nəticə verməyib.

Deputat vurğulayıb ki, hazırkı vəziyyətin davam etməsi nə Livana, nə də regiona fayda gətirəcək.

O əlavə edib ki, qarşılıqlı cavab hücumları və gərginliyin davam etdirilməsi problemin həllinə deyil, daha da dərinləşməsinə səbəb olur.

Mövzuya görə xəbərlər