Son dəqiqə

İran Pakistan İsveçrə Şahbaz Şərif Yaxın Şərq Asim Munir Regional Təhlükəsizlik diplomatik danışıqlar Vasitəçilik Bürqenştok

Pakistanın Baş naziri və ordu komandanı ABŞ-İran danışıqları üçün İsveçrəyə gedəcək

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Pakistanın Baş naziri Şahbaz Şərif və ölkənin ordu komandanı Asim Munir bazar günü ABŞ və İran arasında keçiriləcək danışıqlarda vasitəçilik etmək məqsədilə İsveçrəyə səfər edəcəklər.

TurkicWorld xəbər verir ki, bu barədə Pakistan hökumətindəki mənbə "Əl-Cəzirə" telekanalının ərəb xidmətinə məlumat verib.

Məlumata görə, Pakistan son dövrlərdə ABŞ və İran arasında mühüm vasitəçi rolunda çıxış edir və tərəfləri atəşkəs razılaşmalarına əməl etməyə çağırır.

İslamabad eyni zamanda yüksək səviyyəli diplomatik təmaslar vasitəsilə münaqişənin siyasi yolla həllinə dəstək verməyə çalışır.

Bildirilir ki, Pakistan rəsmilərinin İsveçrəyə səfəri ABŞ və İran nümayəndələri arasında keçiriləcək görüşlərə dəstək xarakteri daşıyır.

Məlumata əsasən, İranın yüksək vəzifəli rəsmilərindən ibarət nümayəndə heyəti artıq danışıqlarda iştirak etmək üçün İsveçrəyə yola düşüb.

Analitiklər hesab edirlər ki, Pakistanın ən yüksək siyasi və hərbi rəhbərliyinin prosesə cəlb olunması danışıqların əhəmiyyətini və tərəflərin razılıq əldə etmək istəyini göstərir.

Mövzuya görə xəbərlər