Son dəqiqə

İran ABŞ Pakistan İsveçrə Şahbaz Şərif İslamabad Diplomatiya Sülh Memorandum

Pakistan Baş nazirinin İsveçrə səfəri təxirə salınıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Pakistanın Baş naziri Şahbaz Şərifin İsveçrəyə planlaşdırılan səfəri təxirə salınıb.

TurkicWorld xəbər verir ki, bu barədə onun mətbuat katibi AFP agentliyinə açıqlama verib.

Məlumata görə, səfər ABŞ–İran “İslamabad Memorandumu” ilə bağlı keçiriləcək mərasim üçün nəzərdə tutulmuşdu.

Rəsmi nümayəndə bildirib ki, sənəd artıq elektron şəkildə imzalanıb və qüvvəyə minib.

Qeyd olunub ki, razılaşma hazırda icra mərhələsindədir.

Pakistan tərəfi prosesin növbəti texniki mərhələlərinə dəstək verəcəyini açıqlayıb.

Səfərin təxirə salınması diplomatik gündəmdə dəyişiklik kimi qiymətləndirilir.

Mövzuya görə xəbərlər