Son dəqiqə

İran Çin ABŞ Pakistan Yaxın Şərq Çin Xalq Respublikasının xarici işlər naziri Van İ Diplomatiya regional siyasət Vasitəçilik

Çin: İran və ABŞ ilə “özünəməxsus şəkildə” əlaqə qurmuşuq

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Çin Xalq Respublikasının xarici işlər naziri Van İ bildirib ki, Pekin İran və ABŞ arasında aparılan diplomatik proseslərdə “özünəməxsus şəkildə” iştirak edib və tərəflərlə əlaqə saxlayıb.

TurkicWorld xəbər verir ki, Çin rəsmisi bu barədə son açıqlamasında danışıb.

Onun sözlərinə görə, Çin həm Tehran, həm də Vaşinqtonla ayrı-ayrılıqda əlaqə saxlayaraq dialoqun davam etməsinə töhfə verməyə çalışıb.

Van İ qeyd edib ki, Pekinin məqsədi regionda gərginliyin azaldılması və danışıqların davam etdirilməsidir.

O əlavə edib ki, Çin bu istiqamətdə Pakistanla da əməkdaşlığı davam etdirir və sülh danışıqlarının fasiləsiz şəkildə irəliləməsini dəstəkləyir.

Rəsmi Pekin bu prosesdə vasitəçilik rolunu daha çox diplomatik kanallar və dolayı əlaqələr vasitəsilə həyata keçirdiyini bildirib.

Mövzuya görə xəbərlər