Son dəqiqə

İran Oman təhlükəsizlik Beynəlxalq hüquq İsmayıl Bəqai Hörmüz boğazı milli təhlükəsizlik dəniz nəqliyyatı Gəmiçilik

İran və Oman Hörmüz boğazında göstərilən xidmətlərə görə ödəniş tətbiq edə bilər

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Hörmüz boğazından keçən gəmilər üçün müəyyən xidmətlər müqabilində ödəniş tətbiq oluna biləcəyini bildirib.

TurkicWorld xəbər verir ki, Bəqai keçirdiyi mətbuat konfransında Hörmüz boğazının İran üçün strateji əhəmiyyət daşıdığını və ölkəsinin milli təhlükəsizliyin qorunması məqsədilə beynəlxalq hüquqa uyğun tədbirlər həyata keçirdiyini deyib.

Onun sözlərinə görə, əsas məqsəd bu mühüm su yolunda təhlükəsiz keçidin təmin edilməsidir.

İran rəsmisi qeyd edib ki, məsələ ilə bağlı digər tərəflərlə əlavə müzakirələrin aparılması üçün müəyyən zamana ehtiyac var.

Bəqai bildirib ki, nəzərdə tutulan ödənişlər gəmi keçidinin özünə görə deyil, göstəriləcək xidmətlərlə əlaqədar olacaq.

Onun sözlərinə görə, ətraf mühitin qorunması, təhlükəsizliyin təmin olunması və digər yardım xidmətləri İran və Oman tərəfindən həyata keçiriləcək.

Sözçü vurğulayıb ki, bu xidmətlərin göstərilməsi müəyyən maliyyə xərcləri tələb etdiyindən onların qarşılığında ödəniş alınması nəzərdə tutulur.

Bəqai əlavə edib ki, xidmətlərin həcmi və tətbiq olunacaq qaydalar barədə danışıqlar davam edir.

Mövzuya görə xəbərlər