Son dəqiqə

İsrail İran ABŞ Məhəmməd Baqir Qalibaf atəşkəs Diplomatiya Regional gərginlik Etimadnamə siyasi bəyanat

Qalibaf: ABŞ və İsrail etimad yaratmaq üçün real addımlar atmır

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ və İsraili qarşılıqlı etimadın formalaşdırılması istiqamətində səmimi davranmamaqda ittiham edib.

TurkicWorld xəbər verir ki, İran rəsmisi son açıqlamasında atəşkəs razılaşmasının dəfələrlə pozulduğunu və Tehranın mövqeyinin bu reallıqlar əsasında formalaşdığını bildirib.

Qalibafın sözlərinə görə, İran yalnız kağız üzərində mövcud olan razılaşmalara deyil, praktik vəziyyətə əsaslanaraq qərarlar qəbul edir.

O qeyd edib ki, atəşkəsin müxtəlif hallarda pozulması Tehranın təhlükəsizlik və siyasi yanaşmalarına birbaşa təsir göstərib.

“ABŞ və İsrail etimad yaratmaq üçün həqiqi iradə göstərmədiyi müddətdə İranın cavabı eyni olacaq”, – deyə Qalibaf bildirib.

İran parlamentinin sədri vurğulayıb ki, qarşılıqlı etimadın yaranması üçün konkret addımlar atılmalı və tərəflər öhdəliklərinə əməl etməlidirlər.

Qalibafın açıqlaması İsrail və İran arasında son günlər yenidən yüksələn hərbi gərginlik və atəşkəsin gələcəyi ilə bağlı müzakirələrin davam etdiyi bir dövrdə səsləndirilib.

Tehran son hadisələrə görə İsraili və onun müttəfiqlərini məsuliyyət daşımaqda ittiham edir və bölgədəki vəziyyətlə bağlı narahatlığını ifadə edir.

Mövzuya görə xəbərlər