BAKI,TurkicWorld,Yusif Şərifzadə
Qətər İranın Küveyt və Bəhreynə qarşı təkrarlanan hücumlarını kəskin şəkildə pisləyib.
TurkicWorld xəbər verir ki, Qətərin Xarici İşlər Nazirliyi yaydığı bəyanatda bu hücumları hər iki ölkənin suverenliyinin açıq şəkildə pozulması və beynəlxalq hüququn kobud şəkildə tapdalanması kimi qiymətləndirib.
Bəyanatda bölgədə gərginliyin azaldılmasına çağırış edilib və regionun əsassız hücumların nəticələrindən qorunmasının vacibliyi vurğulanıb.
Qətər rəsmiləri həmçinin Küveyt və Bəhreynlə tam həmrəylik nümayiş etdirdiklərini bəyan edərək, hər iki ölkənin suverenliyinin və təhlükəsizliyinin qorunması məqsədilə atacaqları bütün addımları dəstəklədiklərini bildiriblər.
Rəsmi Doha bölgədə sabitliyin qorunmasının və münaqişələrin diplomatik yollarla həll edilməsinin vacibliyini bir daha ön plana çıxarıb.







