Son dəqiqə

İran Sepah Hörmüz boğazı kommersiya gəmiləri qlobal enerji bazarı dəniz nəqliyyatı Regional gərginlik Strateji su yolu Neft Ticarəti Gəmiçilik

Hörmüz boğazında nə baş verir? İran son 24 saatda 24 gəminin keçdiyini açıqladı

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazında gəmi hərəkəti ilə bağlı yeni məlumat yayıb. Açıqlamaya görə, son sutka ərzində strateji su yolundan onlarla gəmi keçid edib.

TurkicWorld xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) son 24 saat ərzində Hörmüz boğazından İran rəsmiləri ilə koordinasiya şəraitində 24 gəminin keçdiyini bildirib.

Fars xəbər agentliyinin yaydığı məlumata əsasən, SEPAH-ın dəniz qüvvələri strateji əhəmiyyət daşıyan su yolunda sıxlığın qarşısını almaq məqsədilə hər gün yalnız məhdud sayda gəmiyə xüsusi marşrutlar üzrə hərəkət icazəsi verildiyini qeyd edib.

Açıqlamada bildirilib ki, gəmi keçidləri əvvəlcədən müəyyən edilmiş koordinasiya mexanizmi əsasında həyata keçirilir və hərəkətin təhlükəsizliyinin təmin olunmasına xüsusi diqqət yetirilir.

SEPAH bir gün əvvəl də son 24 saat ərzində 26 kommersiya gəmisinin Hörmüz boğazından keçdiyini açıqlamışdı. Beləliklə, son günlər ərzində boğazda gəmi hərəkətinin məhdud sayda olsa da davam etdiyi müşahidə olunur.

Mütəxəssislər hesab edirlər ki, Hörmüz boğazında hər hansı məhdudiyyət qlobal enerji bazarlarına birbaşa təsir göstərə bilər. Bu səbəbdən regionda baş verən proseslər beynəlxalq ictimaiyyət və enerji bazarları tərəfindən diqqətlə izlənilir.

Mövzuya görə xəbərlər