Son dəqiqə

İran Oman Hörmüz boğazı Regional Təhlükəsizlik Beynəlxalq Münasibətlər dəniz nəqliyyatı Strateji su yolu Əli Baqeri Kani enerji marşrutları

Hörmüz boğazından keçid qaydalarının dəyişəcəyi açıqlanıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İranın Ali Milli Təhlükəsizlik Şurası katibinin müavini Əli Baqeri Kani Hörmüz boğazından keçid qaydalarının İranla bağlı münaqişədən əvvəlki dövrlə müqayisədə “tamamilə fərqli” olacağını bildirib.

TurkicWorld xəbər verir ki, onun sözlərini İranın Mehr xəbər agentliyi yayıb.

Məlumata görə, Baqeri Kani bildirib ki, İran və Oman hazırda strateji əhəmiyyət daşıyan Hörmüz boğazının gələcək idarəetmə mexanizmləri və tənzimlənməsi ilə bağlı müzakirələr aparır.

Açıqlamada qeyd olunub ki, Hörmüz boğazında gələcək keçid qaydaları ilə bağlı məsələlər regional təhlükəsizlik və dəniz nəqliyyatı baxımından mühüm əhəmiyyət daşıyır.

Baqeri Kani hazırda Rusiyada keçirilən təhlükəsizlik konfransında iştirak edir. Bildirilir ki, tədbir çərçivəsində ABŞ–İsrail–İran qarşıdurmasının dayandırılması və regional vəziyyətlə bağlı müxtəlif müzakirələr də aparılır.

Hörmüz boğazı dünya enerji daşımalarının əsas hissəsinin keçdiyi ən mühüm strateji marşrutlardan biri hesab olunur və burada tətbiq ediləcək hər hansı yeni mexanizm qlobal ticarət və enerji bazarlarına təsir göstərə bilər.

Mövzuya görə xəbərlər