Son dəqiqə

İran Donald Tramp Vaşinqton Ağ Ev Yaxın Şərq ABŞ siyasəti Regional gərginlik diplomatik proses ABŞ administrasiyası kabinet iclası

Trampın Ağ Evdə keçiriləcək kabinet iclasında İran məsələsi əsas gündəm olacaq

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ Prezidenti Donald Trampın Ağ Evdə keçirəcəyi kabinet iclasında əsas diqqətin İranla bağlı məsələlərə yönələcəyi bildirilir.

TurkicWorld xəbər verir ki, Ağ Evdən verilən siqnallara əsasən, görüşdə iqtisadiyyat və bəzi daxili məsələlərin də müzakirəsi nəzərdə tutulur. Buna baxmayaraq, əsas diqqətin İranla bağlı vəziyyət və regional proseslər üzərində cəmləşəcəyi qeyd edilir.

Məlumata görə, bu görüş Donald Trampın yenidən prezident vəzifəsinə qayıtmasından sonra keçirdiyi 12-ci kabinet iclası olacaq.

Bildirilir ki, İran məsələsi ilə bağlı Tramp həm Demokratlar Partiyasının nümayəndələri, həm Respublikaçılar Partiyasının bəzi üzvləri, həm də öz siyasi tərəfdarları daxilində müxtəlif mövqelərlə və təzyiqlərlə qarşılaşır.

Eyni zamanda yayılan məlumatlarda qeyd olunur ki, Tramp davam edən münaqişənin sona çatmasını istəsə də, onun üçün əsas şərt ABŞ-ın maraqlarına uyğun və Vaşinqton üçün qənaətbəxş hesab ediləcək razılaşmanın əldə olunmasıdır.

Müşahidəçilər hesab edirlər ki, Ağ Evdə keçiriləcək bu görüş Vaşinqtonun İranla bağlı gələcək siyasi və diplomatik xəttinin müəyyənləşdirilməsi baxımından diqqətlə izləniləcək.

Mövzuya görə xəbərlər