BAKI,TurkicWorld,Yusif Şərifzadə
Livanın Səhiyyə Nazirliyi bildirib ki, İsrailin hücumları nəticəsində ölkədə ölənlərin ümumi sayı 3,185 nəfərə çatıb.
TurkicWorld xəbər verir ki, bu rəqəm İsrail ilə Hizbullah arasında açıq müharibə vəziyyətinin başladığı 2 mart tarixindən bəri qeydə alınıb.
Nazirliyin açıqlamasına görə, eyni dövrdə 9,633 nəfər də müxtəlif dərəcəli xəsarətlər alıb. Rəqəmlər münaqişənin intensivliyinin artdığını və humanitar vəziyyətin ciddi şəkildə ağırlaşdığını göstərir.






