BAKI,TurkicWorld Orxan Qədirzadə
Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri İssam bin Saleh Əl-Cuteyli Azərbaycanda akkreditə olunmuş ərəb ölkələrinin diplomatik korpus rəhbərlərini və səfirlərini qəbul edib.
TurkicWorld xəbər verir ki, görüş dövri məsləhətləşmələr çərçivəsində keçirilib. Görüş zamanı regional məsələlər, diplomatik əməkdaşlıq və qarşılıqlı əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.
Diplomatik görüşün Azərbaycan ilə ərəb ölkələri arasında siyasi və diplomatik münasibətlərin gücləndirilməsi baxımından əhəmiyyət daşıdığı vurğulanır.







