Son dəqiqə

İsrail Livan Hizbullah

Cənubi Livanda gərginlik - İsrail Livana hava zərbələri endirib

BAKI,TurkicWorld, Orxan Qədirzadə

İsrail ordusu ilə Livan arasındakı sərhəd xəttində hərbi qarşıdurma intensivləşib. İsrail hərbi aviasiyası Livanın cənubundakı strateji yaşayış məntəqələrini hədəf alıb.

TurkicWorld xəbər verir ki, İsrail ordusuna məxsus qırıcılar Cənubi Livanın Nəbatiyə şəhəri və Meyfudun qəsəbəsinə hava zərbələri endirib. Bu hücumlar bölgədə vəziyyətin kəskinləşdiyi bir vaxtda baş verib.

Eyni zamanda, İsrailin "Kanal 12" televiziyasının verdiyi məlumata görə, Livan istiqamətindən ölkənin hava məkanına daxil olan bir pilotsuz uçuş aparatı (PUA) Yuxarı Qalileya səmasında zərərsizləşdirilib. PUA-nın sərhədi keçməsi ilə əlaqədar Metulla və Misqav Am yaşayış məntəqələrində həyəcan siqnalları işə düşüb, İsrailin Daxili Cəbhə Komandanlığı əhalini xəbərdar edib.

Mövzuya görə xəbərlər