BAKI, TurkicWorld, Orxan Qədirzadə
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-a məxsus "USS Tripoli" (LHA-7) amfibiya hücum gəmisini raket zərbələri ilə hədəf aldığını açıqlayıb.
TurkicWorld xəbər verir ki, İran tərəfindən yayılan rəsmi bəyanatda bildirilir ki, göyərtəsində 5 mindən çox dənizçi və piyada daşıyan ABŞ ordusuna məxsus LHA-7 helikopter və amfibiya hücum gəmisi İranın raket hücumlarına məruz qalıb. SEPAH bu əməliyyatı "ildırım sürətli zərbə" kimi xarakterizə edib.
Məlumatlara görə, intensiv raket zərbələrindən sonra ABŞ gəmisi ağır zədələnmə riskinə qarşı bölgədən uzaqlaşaraq Hind okeanının cənubuna doğru geri çəkilmək məcburiyyətində qalıb. Hadisənin bölgədəki onsuz da gərgin olan hərbi-siyasi vəziyyəti daha da alovlandıracağı gözlənilir. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) hələlik insidentlə bağlı rəsmi açıqlama verməyib.







