Son dəqiqə

İsrail Livan Hizbullah Müqavimət Briqadaları

İsrail Livanda "Müqavimət Briqadaları"nın yüksək rütbəli komandirini əsir götürüb

BAKI, TurkicWorld, Orxan Qədirzadə

İsrail Ordusu (SAXAL) Livanın cənubunda keçirdiyi növbəti hərbi reyd zamanı "Hizbullah"ın çətiri altında fəaliyyət göstərən "Livan Müqavimət Briqadaları"nın (Saraya al-Muqawama al-Lubnaniyya) sahə komandirini əsir götürdüyünü elan edib. Əməliyyatın görüntüləri İsrail hərbi komandanlığı tərəfindən rəsmi olaraq paylaşılıb.

TurkicWorld xəbər verir ki, əməliyyat İsrail ordusunun 210-cu diviziyasına tabe olan xüsusi bölmə tərəfindən ötən gecə icra olunub.

İsrail ordusunun yaydığı rəsmi bəyanatda əməliyyatla bağlı aşağıdakı məqamlar qeyd olunub:

Xüsusi təyinatlılar Livanın cənubunda müəyyən edilmiş koordinata qəfil hücum təşkil edərək hədəfi zərərsizləşdirib.

Əsir götürülən yüksək rütbəli məsul şəxs dindirilmək və məlumatların təhlili üçün dərhal İsrail ordusunun hərbi kəşfiyyat bölməsinə (Aman) təhvil verilib.

Ordu rəhbərliyi basqın anını əks etdirən videogörüntüləri ictimaiyyətə təqdim edərək əməliyyatın uğurla başa çatdığını bildirib.

Bu əməliyyat İsrailin 2 mart tarixindən etibarən Livan ərazisində başlatdığı genişmiqyaslı hava və dəniz hücumlarının, habelə quru işğalı qərarının davamı kimi qiymətləndirilir.

Martın əvvəlində İsrailin şimalına endirilən raket zərbələrindən sonra SAXAL Beyrut da daxil olmaqla Livanın daxili bölgələrinə intensiv zərbələr endirməyə başlayıb.

Livan hökumətinin son məlumatlarına görə, ölkə daxilində məcburi köçkünlərin sayı artıq 1 milyon 162 min nəfəri ötüb.

Mövzuya görə xəbərlər