Son dəqiqə

Bakı ABŞ Suriyada DEAŞ-ı bombaladı: 30-dan çox hədəf məhv edildi Şahin Gözü əməliyyatı: CENTCOM-dan terrorçulara ağır zərbə Suriyada hava hərəkatı: ABŞ ordusu strateji anbarları vurdu Terrorla mübarizədə yeni mərhələ: 50-dən çox DEAŞ üzvü zərərsizləşdirildi ABŞ hərbçilərinin qisası alınır: Palmiradakı hücuma cavab əməliyyatı

ABŞ ordusu Suriyada İŞİD-ə məxsus 30-dan çox hədəfi vurub

Bakı, TurkicWorld, Orxan Qədirzadə

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) fevralın 3-dən 12-dək Suriyada terror təşkilatı İŞİD-ə qarşı genişmiqyaslı hava əməliyyatları keçirdiyini elan edib.

TurkicWorld xəbər verir ki, əməliyyatlar çərçivəsində terrorçulara məxsus 30-dan çox hədəfə 10 hava zərbəsi endirilib.

Hava hücumları nəticəsində terror təşkilatının infrastruktur obyektləri və silah anbarları dəqiq idarə olunan sursatlarla vurulub. Məlumata görə, bu əməliyyatlar İŞİD qalıqlarına qarşı hərbi təzyiqi saxlamaq məqsədi daşıyır. Bundan əvvəl, yanvarın 27-dən fevralın 2-dək həyata keçirilən 5 ayrı hava hücumu zamanı isə təşkilatın rabitə mərkəzi və strateji logistika nöqtələri sıradan çıxarılıb.

CENTCOM qeyd edib ki, son hücumlar ötən ilin dekabrın 20-də başladılan "Şahin Gözü" (Operation Hawkeye Strike) əməliyyatı çərçivəsində reallaşdırılıb. Sözügedən əməliyyat dekabrın 13-də Palmirada iki ABŞ hərbçisinin və bir tərcüməçinin ölümü ilə nəticələnən terror aktına cavab olaraq həyata keçirilir.

Son iki ayın statistikasına əsasən, hədəf yönümlü əməliyyatlar zamanı 50-dən çox İŞİD üzvü zərərsizləşdirilib və ya əsir götürülüb. Ümumilikdə terror təşkilatına məxsus 100-dən çox infrastruktur obyekti yüzlərlə dəqiq sursatla hədəf alınıb.

Mövzuya görə xəbərlər