BAKI, TurkicWorld
Sərhədsiz dünya ideyası və milli maraqların qlobal nizamla əvəz olunması düşüncəsi axmaq fikir idi və Qərb bunun üçün yüksək bədəl ödəməli oldu.
TurkicWorld xarici KİV-ə istinadən xəbər verir ki, bu fikri ABŞ-ın dövlət katibi Marko Rubio Münhen Təhlükəsizlik Konfransında səsləndirib.
"Qaydalara əsaslanan bu nizamın milli maraqları əvəz edəcəyi, sərhədsiz bir dünyada yaşayacağımız və hər kəsin dünya vətəndaşı olacağı fikri axmaq ideya idi", – deyə o bildirib.
Onun sözlərinə görə, Qərbdə iqtisadi və ticarət əlaqələrinin dövlətin vəzifələrini əvəz edəcəyinə ümid edirdilər.
"Biz bunun üçün yüksək bədəl ödədik. Biz azad və tənzimlənməyən ticarətin doqmatik ideologiyasını qəbul etdik", – deyə Rubio vurğulayıb.






