Son dəqiqə

Prezident İlham Əliyev

Hindistanın dövlət başçısı Prezident İlham Əliyevə məktub ünvanlayıb

BAKI,TurkicWorld

Hindistan Respublikasının Prezidenti Draupadi Murmu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

TurkicWorld xəbər verir ki, məktubda qeyd olunub:

"Zati-aliləri.

Ölkənizin Müstəqillik Günü münasibətilə Zati-alinizə, Hökumətinizə və dost Azərbaycan xalqına Hindistan Hökuməti və xalqı adından, həmçinin şəxsən öz adımdan səmimi salamlarımı və təbriklərimi yetirirəm.

Hindistan və Azərbaycan arasında tarixi və mədəni əlaqələr mövcuddur. İnsanlar arasında təmaslarla yanaşı, iqtisadi və ticarət sahələrində əməkdaşlığımızın daha da genişləndirilməsi üçün yaxşı potensial var.

Sizə möhkəm cansağlığı və rifah, Azərbaycan xalqına tərəqqi və firavanlıq arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Mövzuya görə xəbərlər