Son dəqiqə

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

Lökbatan-Güzdək yolunda bərpa işlərinə başlanılıb (VİDEO)

Bakı.TurkicWorld:

Bakı şəhəri, Lökbatan-Güzdək yolunun 2.2-ci km-də bərpa işlərinə başlanılıb.

Bu barədə TurkicWorld-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, ərazidə rahat gediş-gəlişin təmin olunması üçün müvəqqəti alternativ yol salınır.

Daha sonra sel sularının qəzalı vəziyyətə saldığı suötürücü qurğu söküləcək. Paralel olaraq ərazidə yeni körpünün layihələndirilməsi işləri görüləcək.

Mövzuya görə xəbərlər