BAKI, TurkicWorld
Son üç ildə ilk kommersiya uçuşu Sudanın paytaxtı Xartum hava limanına həyata keçirilib.
TurkicWorld xəbər verir ki, məlumatı RFI radiostansiyası yayıb.
Milli aviaşirkətə məxsus Sudan Hava Yollarına aid təyyarə Port Sudandan Xartuma eniş edib. Təyyarədə sərnişinlər arasında Baş nazir Kamil İdris də olub.
Sudanın Mülki Aviasiya İdarəsi uçuşu "tarixi" adlandırıb, çünki paytaxt hava limanı 2023-cü ilin aprelində silahlı münaqişə başlayanda fəaliyyətini dayandırmışdı.







