BAKI, TurkicWorld
Vaşinqton administrasiyası hesab edir ki, Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski arasında görüş tezliklə baş tuta bilər.
TurkicWorld-un məlumatına görə, bu barədə "Axios" portalı ABŞ prezidenti admninistrasiyasının nümayəndəsinə istinadən xəbər verib.
"Putin və Zelenski arasında görüşə çox yaxınıq", - deyə bildirilib.
Əlavə edilib ki, bundan əvvəl əlavə üçtərəfli danışıqlar təşkil olunmalıdır.







