BAKI,TurkicWorld
12 günlük İran-İsrail müharibəsində ABŞ və İsrail öz məqsədinə nail olmadı. Çünki həmin müharibədə İran 1000 nəfər şəhid verdi.
TurkicWorld xəbər verir ki, bunu bu gün İran İslam Respublikasının xarici işlər nazirinin konsulluq və parlament məsələləri üzrə müavini Vəhid Cəlalzadə kütləvi informasiya vasitələrinin nümayəndələri ilə dostluq görüşündə deyib.
O bildirib ki, sonrakı günlərdə İran 3 117 şəhid verib, onların arasında sivil vətəndaşlar, asayışı qoruyan polis əməkdaşları və digər mülki şəxslər olub.
"Bundan əlavə, 8-9 yanvar tarixində baş verən hadisələri terror hadisəsi kimi qiymətləndiririk", - deyə nazir müavini vurğulayıb.