BAKI,TurkicWorld
Rusiya, ABŞ və Ukraynadan ibarət üçtərəfli işçi qrupunun ilk görüşü yanvarın 23-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçiriləcək.
TurkicWorld-in məlumatına görə, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov brifinqdə bildirib.
Onun sözlərinə görə, təhlükəsizlik məsələləri üzrə üçtərəfli işçi qrupunun ilk iclasının bu gün, 23 yanvar tarixində Əbu-Dabidə keçirilməsi barədə razılıq əldə olunub.






