Son dəqiqə

İran ABŞ Donald Tramp Vaşinqton

Donald Tramp: ABŞ İrandakı vəziyyəti izləməyə davam edəcək

BAKI, TurkicWorld

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton İrandakı vəziyyəti diqqətlə izləməyə davam edəcək.

TurkicWorld xəbər verir ki, bunu o, ABŞ-nin İrana qarşı hərbi güc tətbiq etmə ehtimalı ilə bağlı suala cavab olaraq söyləyib.

Prezident qeyd edib: "Biz baş verənləri izləyəcəyik. Amma baş verənlərdən xəbərdar olan insanlardan çox yaxşı məlumat aldıq".

İrandakı vəziyyətlə bağlı Tramp əlavə edib: "Biz digər tərəfdən çox vacib mənbələrdən məlumat almışıq. Deyirlər ki, qətllər dayandırılıb".

O, həmçinin vurğulayıb: "Biz izləyəcəyik. Amma bizə bunu etibarlı mənbə deyib. Ümid edirəm ki, bu, doğrudur".

Mövzuya görə xəbərlər