Son dəqiqə

İsrail ABŞ Livan Donald Tramp Benyamin Netanyahu

Netanyahu Livanda yeni bir əməliyyat üçün ABŞ-nin razılığını aldığını bildirib

BAKI, TurkicWorld

İsrail Livanda yeni hərbi əməliyyat üçün ABŞ-ın dəstəyini təmin edib.

TurkicWorld-un məlumatına görə, bu barədə İsrailin "Kan" Dövlət Televiziya və Radio Yayımları Şirkəti xəbər verib.

Məlumata əsasən, İsrailin Baş naziri Benyamin Netanyahu İsrail hökumətinin üzvlərinə bildirib ki, ABŞ prezidenti Donald Tramp belə bir əməliyyat keçirmək üçün "yaşıl ışıq" verib.

Bildirilib ki, əməliyyatın məqsədi "Hizbullah" təşkilatının hərbi birləşmələrinin tərksilah edilməsi olmalıdır.

Mövzuya görə xəbərlər